Yeni məşqçi gətirildi, iki “qırmızı” alan müdafiəçi yola salındı

12 Yanvar 2025 15:15 I Divizion 1 946
Yeni məşqçi gətirildi, iki “qırmızı” alan müdafiəçi yola salındı

I Liqada yarışan «Difai»də 1 təyinat, 1 ayrılıq gerçəkləşib.

Qarabağ qazilərinin təmsilçisi Əyyub Əliyevi məşqçilər korpusuna gətirib.

Mövsümün ilk yarısını «İmişli»də keçirmiş, daha sonra «Qarabağ»ın akademiyasına üz tutmuş qapıçılar üzrə çalışdırıcı artıq Xaqani Məmmədovla çiyin-çiyinə işləyəcək.

Ötən ilin sentyabrında komandanın sıralarına qoşulmuş Bəşir Ayralov isə artıq düşərgədən göndərilib. Geridə qalan 4 ayda iki qırmızı vərəqə almış cinah müdafiəçisi ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.

I Liqada qış fasiləsinə səkkizinci pillədə yollaniış «fədailər» bununla 6 nəfərlə vidalaşıb. 2023-cü ilin noyabrından komandanın formasını geyinən müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyev düşərgəni tərk edib.

Həmçinin keçən ilin yayında kollektivə cəlb olunmuş yarımmüdafiəçi Sənan Ağayev buradan göndərilib.

Klubun daxili nizam-intizam kodeksinə uyğun olaraq, noyabrda Maksimilian Şilder və Nicad İsmayılovla müqaviləyə xitam verilib.

Baş məşqçi Xaqani Məmmədovin rəhbərliyə təqdim etdiyi raporta əsasən, qapıçı və yarımmüdafiəçi ilə kontraktlar qarşılıqlı razılaşma əsasında qüvvədən düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!