Azərbaycanda 3 klub gəzdi, Türkiyədən baxışa gəldi

22 İyul 2024 11:40 I Divizion 1 780
Azərbaycanda 3 klub gəzdi, Türkiyədən baxışa gəldi

Növbəti mövsümdə I Liqada mübarizə aparacaq “Baku Sportinq” baxışa yeni legioner çağırıb.

Debütant ötən sezonu “Tuzlaspor”da keçirmiş Şahin Balijanini düşərgəsinə cəlb edib.

İranlı forvard bir müddət burada qalacaq və 2-3 yoxlama matçında sözünü göstərmək imkanı qazanacaq. Yaxşı performans göstərsə, onunla 1 illik müqavilə imzalanacaq.

Ərdəbildə dünyaya hücumçu əvvəllər də ölkəmizdə çıxış edib. “Xəzər”(Bakı), “Sabah” və “Keşlə”də (indiki “Şamaxı”) az da olsa, forma geyinib.

Həmçinin ölkəsində “Malavan”, “Şahin”, “Mes Novin”, “Golreyhan”, “Havadar” və “Navad Urmiya”nın uğurları üçün çalışıb.

“Tuzlaspor” bu il Türkiyə I Liqasını tərk edib. Komanda TFF II Liqaya düşdüyündən, digər bütün legionerlər kimi, Şahin də buranı tərk eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti