Azərbaycanda baş məşqçini 50 manat cərimələdilər - Vəsiqəyə görə

17 Fevral 02:20 I Divizion 669
Azərbaycanda baş məşqçini 50 manat cərimələdilər - Vəsiqəyə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Azərbaycan I Liqasının XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun baş məşqçisi Rüfət Quliyevin “A buraxılışı” vəsiqəsi olmadığına görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 51.8);

Digər Xəbərlər
Xəbər Lenti