“Heç kimə qulaq asmayın - Əslində, çox şey demək istərdim”

26 May 2023 17:00 I Divizion 619
“Heç kimə qulaq asmayın - Əslində, çox şey demək istərdim”

Gərgin və maraqlı keçən Birinci Divizionda mövsüm başa çatdı.

Çempionatın ən imkanlı komandası “Araz Naxçıvan” qızıl medallara sahib oldu. Muxtar Respublika təmsilçisinin kapitanı Orxan Əliyev isə mövsümün ən sərrast futbolçusu adını qazandı.

27 yaşlı futbolçu vurduğu 27 qolla ən yaxın izləyicisini 10 top qabaqlamağı bacardı.

Aşağı dəstənin bombardiri sosial şəbəkə hesabında Peşəkar Futbol Liqasından qəbul etdiyi mükafat və çempionluq kuboku ilə şəklini paylaşaraq ürək sözlərini yazıb:

“Əslində, çox şey demək istərdim. Bu yol heç də asan olmadı.

Sənə inanmayanda, sənə deyəndə ki, sən artıq yolun sonundasan, sənin futbolun bitib, əlbəttə, çətin olur. Bu cür məqamlar futbolçuya çox neqativ psixoloji təsir gostərir.

Digər tərəfdən isə şəxsən mənim üçün bu, əlavə motivasiya idi. İlk öncə özümə sübut etməliydim ki, mən bu yolu keçmək gücündəyəm.

Mən bilirəm və əminəm ki, insanın Allaha və özünə inamı olanda hər bir çətinliyə dözüb onu aradan qaldıra bilər.

Heç kimə qulaq asmayın. Sadəcə, işinizi gürün və hər şeyin yaxşı olacağına inanın.

Bu da inam və gorülən iş. Nəticə əldə etmək üçün mütləq öz üzərinizdə daim işləməlisiz”.

Vaxtilə U-17, U-19, U-21 millilərinin şərəfini qoruyan Orxan Əliyev Azərbaycan Premyer Liqasında “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Zirə”nin formasını geyinib. O, yüksək dəstədə meydana çıxdığı 123 oyunda 17 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"