Premyer Liqaya buraxılan bölgə klubundan atmacalı PAYLAŞIM - FOTO

6 May 2022 22:20 I Divizion 1 673
Premyer Liqaya buraxılan bölgə klubundan atmacalı PAYLAŞIM - FOTO

AFFA-nın Lisenziya Komissiyasının bugünkü iclasında birinci divizion təmsilçisi "Turan Tovuz"a lisenziya verilməsi barədə qərar ictimaiyyətə açıqlandı.

Bu isə adıçəkilən komandanın növbəti mövsümdən Premyer Liqada iştirak edəcəyi anlamına gəlir.

Amma qərb təmsilçisinin yüksək liqaya buraxılması digər Birinci Divizion klublarını heç də razı salmayıb.

Buna səbəb əsasnamə ilə Birinci Divizionda çıxış edən komandalar arasında ən aşağı göstəricinin Tovuz təmsilçisinə məxsus olmasıdır.

Komanda 13 komanda arasında 10-cu pillədə qərar tutur. Bu yer isə yalnız əsasnamədən kənar olaraq yarışa qatılan "Sumqayıt", "Səbail" və "Zirə"nin əvəzedici komandalarını qabaqlamağa imkan verir.

Narazı tərəflər məhz bu məntiqlə "Turan Tovuz"un Premyer Liqaya buraxılmasını ədalətli hesab etmirlər.

Bölgə klubundan onlara qarşı yönələn bu iddiaya cavab gecikməyib. Belə ki, komandanın sosial şəbəkə hesabından

"Əliboş gəlmirik" başlığı altında divizionda qazanılan, amma Premyer Liqaya buraxılmadıqları iki çempionlğunun kuboku paylaşılıb. Paylaşımı "biz bu iştirakı hələ çoxdan haqq edirik" mesajı kimi də qəbul etmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti