Macarıstan çempionu olan azərbaycanlı: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

28 Aprel 2025 03:30 Voleybol 890
Macarıstan çempionu olan azərbaycanlı: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Macarıstanın "Vaşaş" komandası mövsümün əvvəlində qarşısına qoyduğu bütün hədəflərə çatıb".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında klubun azərbaycanlı voleybolçu Ayşən Abduləzimova deyib.

O, komandası ilə növbəti dəfə ölkə çempionu olmasına münasibət bildirib:

"Məni təbrik edənlərə təşəkkürümü bildirirəm. Artıq beşinci dəfədir ki, Macarıstan çempionu oluram. Bütün komanda yoldaşlarımı təbrik edirəm.

Mövsümün əvvəlində qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq. Həm çempionatın, həm də ölkə kubokunun qızıl medallarına sahib çıxdıq.

Final oyunlarında 3 qələbə qazandıq. CEV Kubokunda da yaxşı nəticələrə imza atmışdıq. Düşünürəm ki, bu çıxışlarımızı uğurlu adlandıra bilərik".

"Vaşaş" finalda "Bekeşçaba" ilə qarşılaşıb və üç görüşdə də 3:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Sonuncu qarşılaşmada Azərbaycan voleybolçusu 10 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR