Yığmamızın çalışdırıcıs: "Gələcəkdə hər şey daha yaxşı olacaq”

27 May 2019 08:24 Voleybol 652
Yığmamızın çalışdırıcıs: "Gələcəkdə hər şey daha yaxşı olacaq”

Qadın voleybolçular arasında təşkil edilən Qızıl Avropa Liqası turniri start götürüb.

Sportinfo.az xəbər verir ki, millimiz ilk oyununda səfərdə Belarus ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadan sonra açıqlama verən yığmamızın italiyalı çalışdırıcısı Covanni Kaprara komandasından razı olduğunu ifadə edib:

“Oyunçularımdan çox razıyam. Çünki sona qədər döyüşməyə hazırdılar. Yenicə birlikdə hazırlaşmağa başlamışıq. Düşünürəm ki, gələcəkdə hər şey daha yaxşı olacaq”.

Belarus millisinin üzvü Vera Klimoviç də fikirlərini bölüşüb:

“Yaxşı oyun idi. Düşünürəm ki, biz əsl gərginlik nümayiş etdirdik və nəticədən də razı qaldıq. İlk matçın evdə olması və azarkeşlərin dəstəyi bizə kömək oldu”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!