Kişi voleybolçular arasında təşkil olunan Gümüş Avropa Liqası start götürüb.
Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan yığması ilk oyununu keçirib.
Millimiz I tur çərçivəsində Rumıniyanı qəbul edib. İlk set millimizin qələbəsi ilə yekunlaşıb. Amma komandamızın bundan artığına gücü çatmayıb.
Ardıcıl 3 setdə daha yaxşı çıxış edən rumınlar 3:1 hesablı qələbəyə seviniblər. Voleybolçularımız növbəti oyunlarını mayın 29-da səfərdə Gürcüstana qarşı keçirəcək.
Qrupumuzun digər oyunda Danimarka Gürcüstana qalib gəlib - 3:0 (25:20, 25:20, 25:12).
Azərbaycan - Rumıniya - 1:3 (25:23, 21:25, 18:25, 22:25)
Hakimlər: Vlastimol Kovar (Çexiya), Konstantin Selin (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

