Azərbaycan Belarusa uduzdu

25 May 2019 12:12 Voleybol 548
Azərbaycan Belarusa uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komandamız Minskdəki hazırlıq prosesi çərçivəsində Belarus millisi ilə ikinci dəfə qarşılaşıb.

Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandaların duelində rəqib güclü olub. “Çijovka Arena”da keçirilən görüşdə belaruslular 3:0 hesabı ilə qalib gəlib.

Sonradan qarşılıqlı razılıq əsasında daha bir set oynanılıb və bu dəfə Azərbaycan yığması qələbə qazanıb - – 3:1 (25:14, 25:21, 25:15, 17:25).

Azərbaycan və Belarus yığmaları arasında ilk matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!