Azərbaycan millisinin baş məşqçisi: "Danışmaq istəmirəm"

25 May 2019 08:36 Voleybol 611
Azərbaycan millisinin baş məşqçisi: "Danışmaq istəmirəm"

"İlk oyunumuzu doğma meydanda keçirəcəyik, rəqibimiz isə Rumıniyadı.

Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstan komandası ilə bir neçə yoldaşlıq görüşü keçirdik və bütün voleybolçularımıza öz oyunlarını göstərmələri üçün şans verildi".

Sportinfo.az xəbər verir ki, bunu kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Gümüş Avropa Liqasında keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.

Gənc mütəxəssis bildirib ki, bəzi voleybolçular millinin düşərgəsinə son iki həftə ərzində qoşulub:

"Rumıniya ilə görüşü ikinci oyun qurucusu Tural Həsənli ilə keçirəcəyik. Aleksey Çervyakov komandamıza dizindən keçirdiyi əməliyyata görə növbəti oyunlarda kömək edə biləcək.

Qarşılaşma haqqında öncədən danışmaq istəməzdim. Yalnız onu deyə bilərəm ki, Avropa Liqası zamanı bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərməyə çalışacağıq".

Yığmanın üzvü Vüqar Bayramov isə Avropa Liqasına hazırlıqlara ölkə çempionatı bitdikdən bir neçə gün sonra başladıqlarını söyləyib:

"İlk oyunumuzun doğma meydanda olması bizim üçün böyük üstünlükdür. Hər zaman olduğu kimi yenə qələbə üçün meydançaya çıxacağıq. Bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir".

Azərbaycan Rumıniya ilə yanaşı, Danimarka və Gürcüstanla birlikdə B qrupunda mübarizə aparır.

Azərbaycan - Rumıniya görüşü mayın 25-də Voleybol Mərkəzində keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!