Kişi voleybolçular arasında keçiriləcək Gümüş Avropa Liqasının ilk turuna hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, mayın 25-də start götürəcək mövsümdə Azərbaycan millisinin də birinci oyununu idarə edəcək referilər müəyyənləşib.
Fərid Cəlalovun yetirmələrinin Rumıniya ilə oyununda əsas hakim funksiyasını çexiyalı Vlastimil Kovar yerinə yetirəcək.
Ona köməkliyi beynəlxalq dərəcəli azərbaycanlı ədalət təmsilçisi Konstantin Selin edəcək.
Mayın 25-də, saat 17:00-da başlayacaq oyun Voleybol Mərkəzində keçiriləcək.

