Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti

20 May 2019 15:48 Voleybol 541
Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Danimarka, Gürcüstan və Rumıniya ilə B qrupunda yer alan komandanın heyətinə 14 voleybolçu çağırılıb.

Bunlar Fərid Cəlalov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Ağazadə, Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Pərviz Səmədov, Asif Əliyev, Dmitri Obodnikov, Dmitri Baranov, Rəsul İbrahimov, Andrey Vasilenko və Kənan Allahverdiyevdi.

Komandanın baş məşqçisi Fərid Cəlalova Dilqəm Qəhrəmanov və Cəlil Cəlilov kömək edəcək. Yığmanın meneceri isə İlqar İmanquliyev olacaq.

Azərbaycan millisi ilk oyununu mayın 25-də Bakıda Rumıniyaya qarşı keçirəcək. Növbəti görüş isə 4 gün sonra səfərdə Gürcüstanla olacaq.

Kollektiv iyunun 2-də səfərdə Danimarka, 8-də Rumıniya, iyunun 12-də Bakıda Gürcüstan, 15-də isə Danimarka ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!