Azərbaycanda klub prezidenti baş katib vəzifəsinə gətirildi - FOTO

17 May 2019 17:12 Voleybol 953
Azərbaycanda klub prezidenti baş katib vəzifəsinə gətirildi - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib.

AVF-dən Sportinfo.az-a verilən məlumata görə, federasiya prezidenti Cavid Qurbanovun və qurumun Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə Cəlil Cəfərov təyin olunub.

C.Cəfərov "Rabitə" və "Telekom" klublarının prezidenti olub. O, “Rabitə” ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV Kubokunun, həmçinin klublararası dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…