Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova Filippin çempionatının rəmzi komandasına daxil edilib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu Asiya ölkəsində çıxışı ilə diqqətləri özünə cəlb edib.
“Spaykers”ın şərəfini qoruyan Qurbanova dioqnal oyunçu kimi seçilərək, ən yaxşı “yeddiliy”ə salınıb. Rəmzi komandanı müəyyənləşdirənlər ayrı-ayrı mövqelərdə ən yaxşılardan kənar qalıb, ora namizəd olanları da açıqlayıb.
Maraqlıdı ki, blokçumuz Kseniya Poznyak da hücumçu kimi fərqləndirilib. “Cenerika”da çıxış edən sabiq milli üzvü Qurbanovanın əvəzləyicisi kimi göstərilib.
Hazırda final mərhələsi keçirilən Filippində hər 2 təmsilçimiz çıxışını başa vurub. “Spaykers” mövsümü 4-cü pillədə başa vurubsa, “Cenerika” 1/4 finalda mübarizəni dayandırıb.

