"Mənə klubun fəaliyyətini dayandırması haqda heç nə deməyiblər"

4 May 2019 15:36 Voleybol 739
"Mənə klubun fəaliyyətini dayandırması haqda heç nə deməyiblər"

“Hazırda milli komandaların oyunlarının keçirildiyi dövrdü. 7 ay - oktyabra kimi yığma ilə çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu fəaliyyətini dayandıran kişi voleybolçulardan ibarət “Lokomotiv”in baş məşqçisi Fərid Cəlalov deyib.

O, son 3 mövsümdə Azərbaycan çempionu titulunu qazandırdığı “dəmiryolçular”ın tarixin yaddaşına köçməsinə təəssüfləndiyini bildirib.

Eyni zamanda kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan mütəxəssis gələcəklə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü deyib:

“Həmişə milli komandanın oyunları bitdikdən sonra diqqətlərimizi kluba yönəldirik. Mənə “Lokomotiv”dən fəaliyyətini tam dayandırmaqla bağlı hələlik heç nə deməyiblər.

Bu il ölkə çempionatında 4 klubla oynayırdıq. Yəqin ki, yeni mövsümə bir şey fikirləşərlər.

Heç olmasa Azərbaycanı avrokuboklarda təmsil edən bir klub olmalıdır. Fikirləşirəm ki, yenidən bərpa oluna, yaxud başqa adla çıxış edə bilərik”.

F.Cəlalov “Lokomotiv”dəki oyunçuların və özünün gələcək karyerasına da toxunub:

“Millidə gəncləşmə siyasəti aparırıq. Əgər komandamız gələcəkdə hər hansı bir adla davam edərsə və məni baş məşqçi kimi saxlayarsa, orda da gənclərə üstünlük verməyi düşünürəm.

Əlbəttə, son mövsümdə bizdə oynayan voleybolçular da özlərini yeni klub tapıb, orda çıxış edərlər. Yenə də maaşlarını alarlar” (ONA).

“Lokomotiv” yarandığı 3 ildə 3 dəfə Azərbaycan çempionu olub. “Çelenc Cup”da isə 1/8 finaladək irəliləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!