Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi fiziki məşqlərə start verib.
Sportinfo.az xəbər verir ki, Bakı Voleybol Mərkəzindəki hazırlıq prosesinə yerli klublarda çıxış edənlər qatılıb.
Legionerlər aprelin 21-da başlayacaq təlim-məşq toplanışı zamanı yığmaya qoşulacaq. Hazırda milli üzvləri köməkçi-məşqçilər Famil Ağayev və Vüqar Əliyevin rəhbərliyi altında məşq edirlər.
C qrupunda yer alan milli ilk oyununu mayın 26-da səfərdə Belarusa qarşı keçirəcək. Növbəti görüş 3 gün sonra Bakıda İspaniyaya qarşı olacaq.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv iyunun 2-də evdə Finlandiya, iyunun 8-də Belarus, iyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə qarşılaşacaq.
Yığmanı oyunlara yenə Faiq Qarayev çıxaracaq. Ötən il Yaponiyada keçirilmiş dünya çempionatından sonra səhhətində yaranan problemlərə görə baş məşqçi postundan ayrılan 60 yaşlı mütəxəssis işini davam etdirəcək.
Ona Famil Ağayev və Emin Əbilov kömək edəcək. Məşqçilər korpusu Qızıl Avropa Liqası üçün 24 voleybolçu sifariş verib.
Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidi.

