"Milliyə baş məşqçi təyinatı yaxın günlərdə gerçəkləşəcək"

17 Aprel 2019 18:00 Voleybol 626
"Milliyə baş məşqçi təyinatı yaxın günlərdə gerçəkləşəcək"

Qızıl Avropa Liqası üçün sifariş ərizəsində Faiq Qarayevin Azərbaycanın voleybolçu qadınlardan ibarət millinin baş məşqçisi kimi göstərilməsi şərti xarakter daşıyır.

Sportinfo.az xəbər verir ki, hazırda baş məşqçi məsələsi ilə bağlı məsləhətləşmələrə başlanılıb.

Bu vəzifəyə təyinat yaxın günlərdə federasiya prezidenti Cavid Qurbanovun iştirakı ilə keçiriləcək Rəyasət Heyətinin iclasında gerçəkləşəcək.

F.Qarayev baş məşqçi fəaliyyətini ötən il səhətindəki problemlərlə əlaqədar dayandırıb. Lakin o, ölkənin voleybol həyatında qalaraq, I vitse-prezident kimi federasiya rəhbərliyində təmsil olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!