Azərbaycan yığmasının "Qızıl" bəxtinə İspaniya düşdü

8 Mart 2019 17:12 Voleybol 770
Azərbaycan yığmasının "Qızıl" bəxtinə İspaniya düşdü

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Qızıl Avropa Liqasındakı görüşlərinin təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, millimizin oyunlarının məkanı və başlama saatı açıqlanıb.

Belarus, İspaniya və Finlandiya ilə birlikdə C qrupunda qərarlaşan komandamız ilk sınağını Minsk səfərində meydan sahiblərinə qarşı verəcək.

Açılış turu mayın 26-na təsadüf edəcək. Yığmamız qrup mərhələsinə iyunun 15-də Mikkelidə Finlandiyaya qarşı oyunla yekun vuracaq. Voleybolçularımız hər üç ev oyununu Voleybol Mərkəzində keçirəcək.

26 may

17:00. Belarus – Azərbaycan
Hakimlər: Olqa Zakarova (Rusiya), Aleksandr Sudjyev (Belarus)
Minsk, Çijovka Arena

29 may
18:00. Azərbaycan – İspaniya
Hakimlər: Matias Evald (Almaniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

2 iyun
18:00. Azərbaycan – Finlandiya
Hakimlər: Zdravko Zdraveski (Makedoniya), Zaur Hacıyev (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

8 iyun
18:00. Azərbaycan – Belarus
Hakimlər: Ozan Sarıkaya (Türkiyə), Fikrət Axundov (Azərbaycan)
Bakı, Voleybol Mərkəzi

12 iyun
19:30. İspaniya – Azərbaycan
Hakimlər: Predraq Balandziç (Serbiya), Benites Korrea (İspaniya)
Valyadolid, Huerta del Rey

15 iyun
15:00. Finlandiya – Azərbaycan
Hakimlər: Audrius Qarqasas (Litva), Ari Yokelaynen (Finlandiya)
Mikkeli, Saymaa Stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti