Pulsuz hakimlər Azərbaycan çempionatını boykot etdi

8 Mart 2019 10:48 Voleybol 929
Pulsuz hakimlər Azərbaycan çempionatını boykot etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, III dövrənin ilk turunun “Lokomotiv” - U-19 görüşü qeyri-adi olayla diqqət çəkib.

Belə ki, bir neçə aydı qonorarını ala bilməyən hakimlər bu matçı idarə etməkdən imtina edib.

Bu boykot səbəbindən çıxılmaz vəziyyətdə qalan təşkilatçılar görüşün “Lokomotiv”in birinin məşqçisinin idarə etməsinə qərar veriblər. Matçda yan xətt referiləri isə ümumiyyətlə olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…