Qadın voleybolçulardan ibarət Azərbaycan millisi üçün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yığmanın yer aldığı D qrupunun oyunları 2 - 4 avqustda Braziliyada təşkil olunacaq.
Milli vəsiqə uğrunda meydan sahibləri ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə mübarizə aparacaq.
Ən yaxşı reytinqə malik 24 yığma 6 qrupa bölünüb. Qrup qalibi olacaq komandalar olimpiadaya vəsiqə qazanacaqlar.

