Millimiz Hollandiya və Xorvatiya ilə eyni qrupa düşdü

24 Yanvar 2019 09:12 Voleybol 646
Millimiz Hollandiya və Xorvatiya ilə eyni qrupa düşdü

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunub.

Yarışda iştirak edəcək 24 komanda püşklə 4 qrupa bölünüb. Bu yığmalardan 4-ü püşksüz qruplara ayrılıb.

Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Belə ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb.

Digər 20 komanda isə püşkə görə qruplara ayrılıb. AVRO-2017-də göstərdiyi nəticəyə görə növbəti çempionata vəsiqə əldə edən Azərbaycan millisi püşkatmada 3-cü səbətdə qərarlaşıb.

Püşkün nəticəsinə görə, komandamız C qrupuna düşüb. Qızlarımız 1/8 final uğrunda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə yarışacaq.

A qrupu

Türkiyə

Serbiya

Bolqarıstan

Fransa

Finlandiya

Yunanıstan

B qrupu

Polşa

İtaliya

Belçika

Ukrayna

Portuqaliya

Sloveniya

C qrupu

Macarıstan

Hollandiya

Xorvatiya

Azərbaycan

Rumıniya

Estoniya

D qrupu

Slovakiya

Rusiya

Almaniya

Belarus

İspaniya

İsveçrə

İlk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!