Azərbaycan millisinin üzvü Filippin klubunda - Fikrindən daşındı

18 Yanvar 2019 11:36 Voleybol 1 236
Azərbaycan millisinin üzvü Filippin klubunda - Fikrindən daşındı

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyigit) karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, Belarus əsilli 33 yaşlı blokçu Filippində çıxış edəcək.

O, “Generika Ayala Lifesavers”in heyətində fevralda keçiriləcək Super Liqada iştirak edəcək.

Qeyd edək ki, Kseniya Poznyak voleybolçu karyerasını 2018-ci ilin avqustunda başa vurmuşdu.

2002-ci ildən Azərbaycan millisində çıxış edən blokçu indiyə qədər “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!