"Komandamızda kökü azərbaycanlı olanlara üstünlük verirəm" - VİDEO

17 Yanvar 2019 08:36 Voleybol 779
"Komandamızda kökü azərbaycanlı olanlara üstünlük verirəm" - VİDEO

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.

Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında, səfərdə İsveçə uduzub - 0:3.

Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini 25:13 hesablı üstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşib.

Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar - 25:16.

Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib.

Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə Azərbaycan düşə bilməyib.

Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib. Fərid Cəlalov REAl-da bildirib ki, məşqçi yalnız göstəriş verə bilər, əsas məsələ isə oyunçudan asılıdı.

Oyunçu isə çox məşq etməklə uğurlu nəticəyə nail ola bilər: "Oyunçu bir oyun yaxşı, digər oyunda isə zəif nəticə göstərə bilər.

Uzunboylu adam o demək deyil ki, voleybola gəlsin. Sadəcə olaraq, oyunçu söhbəti var. 20-il, 15 il komandada oynayan oyunçular var.

Gələcək nəsillər yoxdu ki, voleybola həvəs göstərsin. Komandamızda əsli, kökü Azərbaycanlı olan oyunçulara üstünlük verirəm.

Vaxt lazımdı ki, onlar gəlib millidə iştirak edə bilsinlər. Komandamız Avroliqada çıxış edəcək.

Hər qrupdan 2 komanda olacaq, yarımfinal və final mərhələdə iştirak edəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!