Millimiz Braziliya ilə bir qrupda

10 Yanvar 2019 17:12 Voleybol 802
Millimiz Braziliya ilə bir qrupda

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq komandaların müəyyənləşəcəyi qadın voleybolçular arasında seçmə qrup mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkün nəticəsinə görə, Azərbaycan millisi D qrupunda yer alıb.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Braziliya, Dominikan Respublikası və Kamerunla bir qrupda mübarizə aparacaq.

Qrup oyunlarının tarixi bilinməsə də, görüşlərin avqust-sentyabr aylarında keçiriləcəyi gözlənilir. Qruplarda birinci yeri tutan komandalar Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…