Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.
Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv G qrupunda son tur matçında, səfərdə İsveçə uduzub - 0:3.
Stokholmda təşkil olunmuş qarşılaşmanın ilk setini25:13 hesablı üstünlüklə tamamlayan meydan sahibləri ikinci setdə müqavimətlə üzləşiblər.
Lakin bu setdən 25:19 hesablı üstünlüklə ayrılan skandinaviyalılar üçüncünü də böyük fərqlə başa vurublar - 25:16.
Bu nəticədən sonra hər iki komanda xallarını 8-ə çatdırıb. Lakin nə Azərbaycan, nə də İsveç mərhələ adlaya bilib.
Cəlalovun komandası daha çox - 3 qələbə qazandığı üçün 2-ci yeri tutub. Bununla belə, ümumilikdə 7 qrupda 2-ci olan komandalardan ən yaxşı "5-liy"ə Azərbaycan düşə bilməyib.
Bu səbəbdən, final mərhələsinə yüksəlmək üçün tarixi şans əldən verilib.
G qrupu, VI tur
İsveç - Azərbaycan - 3:0 (25:13, 25:19, 25:16)
Hakimlər: Roberto Boris (İtaliya), İqor Porvaznik (Slovakiya)
Stokholm, "Eriksdalshallen" voleybol salonu

