Azərbaycan klubu “Challenge Cup”da mübarizəni dayandırdı

3 Dekabr 2018 16:00 Voleybol 779
Azərbaycan klubu “Challenge Cup”da mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da cavab oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi 1/16 final mərhələsində növbəti dəfə Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşıb.

“Mister V-Arena”da keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Belçikada təşkil olunan ilk oyununda da “Azərreyl” eyni hesabla məğlub olub.

Beləliklə, iki oyunun nəticəsində görə, Bakı təmsilçisi “Challange Cup”da mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…