Ayşənin komandası Sombatheydən qələbə ilə qayıtdı

6 Noyabr 2018 00:40 Voleybol 744
Ayşənin komandası Sombatheydən qələbə ilə qayıtdı

Macarıstanın qadın voleybolçuların ölkə çempionatının 1-ci liqasında 7-ci turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Ayşən Abduləzimovanın yer aldığı Budapeştin “Vasas” klubu növbəti qələbəsini qazanıb.

Paytaxtlılar səfərdə “Haladas” komandasını 3:1 üstələyib (27:29, 25:19, 25:20, 25:25). Həmyerlimiz meydançada olub. “Vasas” 16 xalla “A” qrupunda öndədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…