İranın qadın voleybol komandaları arasında keçirilən çempionatda növbəti turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Super Liqa yarışlarının 4-cü həftəsində Urmiya “Durna”sı Tehran “Peykan”ını “Durnalar Yuvası” (Qədir)qəbul edib.
2 mindən çox azarkeşin iştirak etdiyi oyunda qadınların stadiona giriş hüququnu tələb edən şüar səsləndirilib.
Stadionda “Azərbaycan qızları, göylərin ulduzları - Stadion yolları, gözləyir onları”, “Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq, biz alarıq haqqınızı, türk qızları” kimi şüarlar azarkeşlər tərəfindən dilə gətirilib.
Bundan öncə oktaybrın 26-da “Traktor” – “Sepidrud” komandaları arasında keçirilən oyun zamanı da qadın hüquqları ilə bağlı şüarlar səsləndirilmişdi.
İran coğrafiyasında qadınların səsvermə hüququ isə ilk dəfə olaraq 1946-cı ildə (hicri-şəmsi təqvimi ilə 1325-ci il) Azərbaycan Milli Hökuməti tərəfindən tanınıb.

