Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada Serbiya və İtaliya komandaları üz-üzə gəlib.
Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda görüşdə isə Çin Hollandiyanı üstələyə bilib - 3:0.
Azərbaycan komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

