Azərbaycansız dünya çempionatında finalçılar müəyyənləşdi

20 Oktyabr 2018 11:12 Voleybol 560
Azərbaycansız dünya çempionatında finalçılar müəyyənləşdi

Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında finalçılar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinalda Çini 3:2 hesabı ilə üstələyən İtaliya həlledici görüşə vəsiqə qazanıb.

İtaliyalıların rəqibi Hollandiyanı 3:1 hesabı ilə məğlub edən Serbiya olacaq. Oktyabrın 20-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.

Çin və Hollandiya arasında bürünc medal uğrunda oyun isə həmin tarixdə saat 12:20-də start götürəcək.

Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti