Azərbaycan millisinin baş məşqçisi postundan istefa verdi

12 Oktyabr 2018 00:50 Voleybol 809
Azərbaycan millisinin baş məşqçisi postundan istefa verdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək. F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

Azərbaycan komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti