Millimizin kapitanı: "Reytinqimizi yüksəltmək üçün…"

9 Oktyabr 2018 10:12 Voleybol 742
Millimizin kapitanı: "Reytinqimizi yüksəltmək üçün…"

“Hər bir matç oyunçular, xüsusən də gənclər üçün bir dərsdi“.

Sportinfo.az xəbər verir ki, bunu voleybol yığmamızın kapitanı Odina Əliyeva deyib.

Komandamızın lideri Yaponiyada keçirilən dünya çempionatının II mərhələsində Çin yığmasına 0:3 hesabı məğlubiyyəti şərh edib.

O, III mərhələyə yüksəlmək şansını itirən milli üçün son iki görüşün reytinq baxımından əhəmiyyətli olduğunu vurğulayıb:

”Növbəti iki oyunmumuz bizim üçün önəmlidi. Reytinqimizi yüksəltmək üçün qələbəyə oynayacağıq. Bu görüşlərə hazırlaşacağıq və ən yaxşı nəticəyə ümid edəcəyik”.

Hazırda F qrupunda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədi.

Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadı. III mərhələyə E və F qruplarında ilk 3 yeri tutacaq komandalar vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti