Azərbaycan millisinin məşqçisi: "Öz səhvimizdən uduzduq"

9 Oktyabr 2018 00:30 Voleybol 766
Azərbaycan millisinin məşqçisi: "Öz səhvimizdən uduzduq"

“Rəqibi tanıyırdıq, çünki çox güclü komandadı.

Ən yaxşı oyunmuzu oynamağa çalışdıq, amma yenə də top qəbulunda problem yaşadıq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət millisinin məşqçisi Famil Ağayev Yaponiyada keçirilən dünya çempionatının II mərhələsində Çinə 0:3 hesabı məğlubiyyət haqda deyib.

O bildirib ki, üçüncü setin əvvəlində həm müdafiədə, həm də hücumda yaxşı oynayıblar: “Lakin öz səhvimizdən rəqib önə keçdi və uduzduq. Türkiyəyə qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!