"Bugünkü görüş barədə heç nə danışmaq istəmirəm.
Çünki çox ağır qarşılaşma oldu, belə oyunu komandamızdan gözləmirdik".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının məşqçisi Famil Ağayev Yaponiyadakı dünya çempionatının II mərhələsinin ilk turunda İtaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.
O bildirib ki, komandası rəqibə qarşı ciddi mübarizə apara bilməyib: "İtaliya güclü komandadır, bunu bilirik.
Amma nə qədər güclü olurlar-olsunlar, bizim də komanda zəif deyil. Mübariz oyun sərgiləyə bilmədiyimiz üçün çox üzgünəm. Bu günü unutmaq istəyirəm. Sabahkı oyuna hazırlaşaraq, yaxşı çıxış etməyə çalışacağıq".

