Azərbaycan yığmasının DÇ-nın ikinci mərhələsindəki rəqibləri

5 Oktyabr 2018 14:24 Voleybol 583
Azərbaycan yığmasının DÇ-nın ikinci mərhələsindəki rəqibləri

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin Yaponiyada keçirilən dünya çempionatının ikinci mərhələsindəki rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda növbəti raundda Rusiya, İtaliya, Çin, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq.

Dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir. Birinci mərəhələdə qruplarda ilk 4 yeri tutan 16 komanda növbəti raundda iki qrupa bölünüb.

Ən yaxşı nəticəyə malik 3 kollektiv üçüncü mərhələyə vəsiqə qazanacaq. Pley-offa isə ilk 2 yeri tutanlar adlayacaq.

İkinci qrup mərhələsinin oyunlarına oktyabrın 7-də start veriləcək. Sayca 18-ci dünya çempionatına oktyabrın 20-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti