Biz Tailand da ola bilmirik!

4 Oktyabr 2018 15:00 Voleybol 674
Biz Tailand da ola bilmirik!

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3 (25:22, 15:25, 25:19, 25:27).

Qeyd edək ki, hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü sıradakı mövqeyini qoruyub.

Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla ilk iki pilləni bölüşən Rusiya və ABŞ arasında olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti