Millimizin hücumçusu: "Yaxşı çıxış etdik, amma bu, yetərli olmadı”

2 Oktyabr 2018 13:12 Voleybol 609
Millimizin hücumçusu: "Yaxşı çıxış etdik, amma bu, yetərli olmadı”

“Öz oyunumuzu nümayiş etdirə bildik və yaxşı çıxış etdik, amma bu, yetərli olmadı”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın voleybolçu qadınlardan ibarət millisinin kapitanı Odina Bayramova Yaponiyada keçirilən dünya çempionatının III turunda Rusiyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

28 yaşlı hücumçu bildirib ki, C qrupunda yer alan yığmanın qarşıda hələ iki oyun var və həmin görüşlərdə qalib gəlməyə çalışacaqlar.

Millinin məşqçisi Famil Ağayev də məğlubiyyətə rəğmən, yaxşı çıxış etdiklərini söyləyib: “Bütün komponentləri nəzərə alsaq, komandamız çox yaxşı oynadı.

İlk setdə hücum xəttimiz o qədər də qənaətbəxş işləmədi. Amma biz toparlandıq və yaxşı çıxış etdik”.

Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq. Oktyabrın 4-də saat 11:10-da isə rəqib Tailand olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti