DINi yeni çempionat keçirdi

1 Oktyabr 2018 19:24 Voleybol 594
DINi yeni çempionat keçirdi

Ölkədə həyata keçirilən idman siyasəti, idmana dövlət səviyyəsində qayğı daxili işlər orqanlarında da özünü müsbət tərəfdən göstərə bilib.

DİN rəhbərliyin diqqəti və tələbkarlığının nəticəsidi ki, indi idmançı polis əməkdaşlarının qələbə sorağı müxtəlif beynəlxalq yarışlardan gəlir.

Şəxsi heyət arasında mənəvi-psixoloji və fiziki hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədi ilə mütəmadi olaraq daxili işlər orqanlarının əməkdaşları arasında idmanın müxtəlif sahələrinə aid yarışlar keçirilir.

Bugünlərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təqvim planına uyğun olaraq voleybol üzrə nazirliyin strukturları arasında növbəti voleybol turniri baş tutub.

DİO-nun nizami hissələri arasında keçirilən yarışda qələbə uğrunda Daxili Qoşunların Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Polis Akademiyası, Əlahiddə Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi olmaqla 7 komanda 2 qrupda mübarizə aparıblar.

Sportinfo.az xəbər verir ki, tədbirin əsas məqsədi həm də DİN-in yığma komandasını müəyyənləşdirməkdən ibarət olub.

Gərgin keçən turnirin finalında Baş Mühafizə İdarəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin komandaları üz-üzə gəlib.

Oyun Baş Mühafizə İdarəsinin komandasının 2:0-lıq üstünlüyü ilə başa çatıb. 3-cü yerin sahibi isə Nəqliyyatda Baş Polis İdarəsini məğlub edən Polis Akademiyasının kollektivi olub.

Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi olub, qalib komandalar DİN rəhbərliyinin fəxri fərmanı ilə təltif ediliblər.

Baş Mühafizə İdarəsinin voleybol üzrə komandası artıq 11-ci ildir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkil etdiyi çempionatda birinci yerə layiq görülür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti