Azərbaycanla Trinidan və Tobaqo son iki pillədə qərarlaşdı

30 Sentyabr 2018 00:10 Voleybol 592
Azərbaycanla Trinidan və Tobaqo son iki pillədə qərarlaşdı

Yaponiyada start götürən qadın voleybolçular arasında dünya çempionatında I tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunda 3 görüş baş tutub.

Faiq Qarayevin baş məşqçisi olduğu komanda ABŞ-a, Trinidan və Tobaqo Rusiyaya 0:3 hesabı ilə uduzub. Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə məğlub olub.

Bu nəticələrdən sonra Rusiya və ABŞ 3 xalla ilk iki pilləni bölüşürlər. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü sıradadı. Azərbaycanla Trinidan və Tobaqo isə son iki pillədə qərarlaşıblar.

Milli komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti