Əvvəl millimizdən imtina etdi, sonra fikrini dəyişdi

29 Sentyabr 2018 11:00 Voleybol 760
Əvvəl millimizdən imtina etdi, sonra fikrini dəyişdi

Azərbaycan yığmasının щцъумчусу Nataliya Məmmədova bu mundialın milli komandanın tarixində 4-cü, özünün isə 2-ci dünya çempionatı olacağını bildirib:

"Düzü, Avropa çempionatından sonra karyeramı bitirmək haqqında düşünürdüm. Çünki mövsümdən sonra çox yorğun idim. Amma mən sonradan oynamaq və millimizə əlimdən gələn köməyi etmək qərarına gəldim.

Bu gün millimizin heyətində elə oyunçular var ki, onlar ilk dəfədir belə böyük yarışda iştirak edirlər. Voleybol komanda oyunudur. Ona görə də biz birlikdə sona kimi mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik".

Sportinfo.az xəbər verir ki, N.Məmmədova Azərbaycan millisinin C qrupundakı rəqibləri barədə də danışıb:

"Rəqiblərimiz haqqında deyə bilərəm ki, asiyalı voleybolçular müdafiədə hər zaman yaxşı oynayırlar. ABŞ sonuncu dünya çempionudu. Rusiya millisi isə yeni məşqçi və yeni oyunçularla iştirak edir.

Trinidad və Tobaqo millisinin tam olaraq oyununu görməmişəm bu komandanın orta oyunçusu Sinead Jacki tanıyıram və onun oyununu Rusiya çempionatında görmüşəm.

Düşünürəm ki, digər oyunçular da yaxşıdı. Hər birimiz psixoloji baxımdan hazır olsaq və həyəcanımız az olarsa, bizim üçün oynamaq daha rahat olacaq. Mənim fikrimcə, ikinci mərhələyə yüksəlmək şansımız var və bu, bizim öz əlimizdədi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti