Yaponiyanın Senday şəhərində təlim-məşq toplanışında Azərbaycan və İtaliyanın qadın voleybolçulardan ibarət milli komandaları, eləcə də hər iki ölkənin səfirləri üçün ziyafət təşkil edilib.
Voleybol Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, şəhər merinin ziyafətində Azərbaycanın Yaponiyadakı səfirinin müşaviri Fərid Talıbov və millinin baş məşqçisi Faiq Qarayev çıxış edib.
Qarayev belə bir tədbir təşkil etdiyi üçün merə təşəkkürünü bldirib. O deyib ki, dünya çempionatında iştirak etmək böyük uğurdu: "Ölkəmizdə idmana böyük diqqət və qayğı var. Burada olmağımız da diqqətin nəticəsidir".
Talıbov da təşkilatçılığa görə minnətdarlıq ifadə edərək, "Dünya çempionatında iştirak etdiyi üçün millimizi, xalqımızı təbrik edirəm.
Bu, böyük nailiyyətdi. Çempionatın başlamasına artıq sayılı günlər qalıb. Komandamıza uğurlar arzulayıram" deyib.
Azərbaycan millisi İtalya ilə 25-26 sentyabrda iki yoldaşlıq görüşü keçirəcək. Dünya çempionatı isə sentyabrın 29-da start götürəcək.

