Millət vəkili klubumuzun ləğv edilməsinin qarşısını aldı

9 Sentyabr 2018 13:59 Voleybol 640
Millət vəkili klubumuzun ləğv edilməsinin qarşısını aldı

Urmiya Bələdiyyə İdarəsinin “Şəhrdari” voleybol komandasının adının dəyişdiriləcəyi ilə bağlı xəbər yayılıb.

Sportinfo.az xəbər verir ki, bundan sonra Urmiyanın məşhur komandasının “Durna” adı ilə super liqa yarışlarına qatılacağı gözlənilir.

“Gənc jurnalistlər klubu” agentliyi Urmiya şəhərinin idman məsullarının “Şəhrdari”nin “Durna” adı ilə super liqa yarışlarında çıxış edəcəyini açıqladıqlarını bildirib.

Agentlik komandanın ləğv edilməməsində bir millət vəkilinin xüsusi rolu olduğunu, onun cəhdləri nəticəsində bu komandanın qorunub saxlanıldığını qeyd edib.

Agentlik millət vəkilinin kimliyini açıqlamasa da, onun Urmiyanın İran parlamentindəki millət vəklili Nadir Qazipur olduğu ehtimal edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti