Qadın voleybolçularımız Avropa çempionatının finalçılarına qarşı

1 Sentyabr 2018 00:40 Voleybol 639
Qadın voleybolçularımız Avropa çempionatının finalçılarına qarşı

Qadın voleybol millimiz Yaponiyada keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində Mariborda məşqləri davam etdirir.

Sportinfo.az xəbər verir ki, yığmamız Sloveniyada bir neçə yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblər Bakıda qitə çempionatının finalında çıxış etmiş Serbiya və Niderland komandaları ola bilər.

Diaqonal hücumçu Natalya Məmmədova da komandaya qoşulub. O, hazırlığın birinci mərhələsində, habelə bu yaxınlarda Antalyada keçirilmiş “Gloria Cup”da iştirak etməyib. Həmin yarışda qızlarımız 3-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!