Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, Belarus əsilli blokçu 31 yaşında idmançı kimi çıxışını dayandırıb.
Poznyak karyerası ərzində “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib. O, 2002-ci ildən Azərbaycan millisində çıxış edirdi.

