"Bu komanda Urmiya gənclərinin qeyrət və namusudu".
Sportinfo.az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmiya Şəhər Şurası üzvlərinin Bələdiyyə İdarəsinin idman klubunun ləğv edilməsi ilə bağlı təklifinə fikir bildirərkən deyib.
O, klubun bağlanmasına kəskin qarşı çıxıb: “Mən heç vaxt icazə vermərəm ki, kimsə Urmiya voleybolunun inkişafına xələl gətirsin.
Urmiyasız voleybol, voleybolsuz Urmiya ola bilməz. Urmiya Bələdiyyə İdarəsi voleybol komandalarını qoruyub saxlamalı, onlara dəstək verməlidir”.
Təbriz Bələdiyyə İdarəsinin idman klubu ləğv edildikdən sonra Urmiya Bələdiyyəsinin idman komandalarının da ləğv edilməsi ilə bağlı Şəhər Şurasının 5 üzvü Şura rəisinə məktub ünvanlayıb.

