
ABŞ-ın Hamilton ali məktəbinin bədən tərbiyəsi müəllimi və voleybol məşqçisi Hilari Datillo 16 yaşlı qız tələbəsinə qarşı zorlamada ittiham olunub.
Sportinfo.az xəbər verir ki, hadisə ötən il baş verib.
Hadisənin üstünü isə tələbənin valideynləri açıb. Məhkəmənin çıxardığı qərara görə, 30 yaşlı Datillonun müəllimlik lisenziyası əlindən alınıb. O, beş il müddətinə islahedici mərkəzdə davranış üzrə terapiya proqramı keçməli, ictimai işlər görməlidi.
Bundan başqa, keçmiş peşəkar voleybolçu olmuş Datilloya narkotik vasitələr, spirtli içkilərdən istifadə və zərərçəkənlə əlaqə qurmaq qadağan edilib. Onun adı 15 il müddətinə seksual cinayətkarların siyahısında olacaq.
Datillo ötən ilin avqustunda bu məktəbdə işləməyə başlayıb. Ötən ilin dekabrında isə o, etdiyi əmələ görə işindən azad edilib.