Millimizin hücumçusu Türkiyə klubundan niyə ayrıldı?

29 İyun 2018 09:24 Voleybol 722
Millimizin hücumçusu Türkiyə klubundan niyə ayrıldı?

Azərbaycan millisinin voleybolçusu Yana Kulan Türkiyənin “Beylikdüzü” klubu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu müqaviləsi başa çatdığından yeni iş yeri axtarışındadı.

Artıq bir sıra təklifləri nəzərdən keçirən Kulan son qərarını bir neçə günə açıqlayacaq. Voleybolçumuzun yenidən Asiya “səyahətinə” çıxacağı bildirilir.

O, hazırda 2 ölkə arasında seçim edir. Yananın 2018/2019 mövsümünü Çində yaxud Yaponiyada çıxış edəcəyi dəqiqdi. Lakin təmsilçimiz seçim etməyə tələsmir.

Kulan Asiyada Cənubi Koreya və Çin çempionatlarında oynayıb. O, 2016-cı ildən Türkiyə Sultanlar Liqasında mübarizə aparırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti