Azərbaycan çempionu avrokuboklardan imtina etdi

28 İyun 2018 08:36 Voleybol 822
Azərbaycan çempionu avrokuboklardan imtina etdi

“Lokomotiv” voleybol klubu avrokuboklara qatılmayacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu mövsüm beynəlxalq arenada mübarizə aparmağı məqsədəuyğun hesab etməyib.

Nəyə görə? Federasiya onların səfər və transfer xərclərini qarşılamağa vəsait ayırmayıb. Bu da “Lokomotiv”in hansısa bir qənaətbəxş nəticə qazanmasına inamsızlıqdan və biganəlikdən irəli gəlir.

Fərid Cəlalovun çalışdırdığı komanda bu səbəbdən də 2018/2019 mövsümü üçün sifariş ərizəsi də verməyib. “Lokomotiv” əsas diqqəti Yüksək Liqaya yönəldəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!