Azərbaycanlı baş məşqçi Ukrayna klubu ilə müqavilə bağladı

18 İyun 2018 09:24 Voleybol 1 399
Azərbaycanlı baş məşqçi Ukrayna klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin sabiq voleybolçusu Vasif Talıbov karyerasını Ukraynada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis “Vinnitsa” ilə sözləşməsini yeniləyib.

Talıbov 1 illik müqaviləyə imza atıb. Həmyerlimiz ötən ildən bu komandanın baş məşqçisidi. Kişi voleybolçulardan ibarət “Vinnitsa” onun rəhbərliyi altında Yüksək Liqanın 2017/2018 mövsümündə 5-ci yeri tutub.

Talıbov Ukraynaya “Telekom”dan yollanmışdı. O, 2013-cü ildən çalışdığı Bakı klubu ilə Azərbaycan çempionu tituluna da yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!