Millimizin hücumçusu mesajlaşdı: "Bizi izləməyi məsləhət görürəm”

17 İyun 2018 19:45 Voleybol 990
Millimizin hücumçusu mesajlaşdı: "Bizi izləməyi məsləhət görürəm”

“Bu, mənim üçün yeni çağırışdı.

Bu komandada olmaqdan çox məmnunam”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

İtaliyanın “Kazalmadjore” klubu ilə 1 illik müqavilə bağlayan 28 yaşlı hücumçu keçidinə münasibət bildirib: “A seriyası ən yüksək səviyyəli çempionatlardan biridi. Komandanı dəstəkləyən azarkeşlər də möhtəşəmdi.

Baş məşqçi Marko Qasparinin də işinə bələdəm. Buranı seçməyimin səbəblərindən biri də odu. Komandanın rəngi çəhrayıdı. Mən də bu rəngi sevirəm. Bizi izləməyi məsləhət görürəm”.

Polina son mövsümü Türkiyə “Fənərbaxça”sında oynayıb. Rəhimova gələcəkdə müqavilənin müddətinin artırılacağını da istisna etməyib:

“Həmişə olduğu kimi menecerimlə birlikdə 1 illik müqavilə bağlamağa qərar verdik. Amma ümid edirəm ki, burda daha uzun müddət qala biləcəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti